Ən yaxşısı Rusiya ilə birbaşa danışıqlardır - Stoltenberq

Ən yaxşısı Rusiya ilə birbaşa danışıqlardır - Stoltenberq

Rusiya ilə raket və hücum silahlarını müzakirə etməyin ən yaxşı yolu birbaşa danışıqlardır.

GunAz.az xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.

 

"NATO Rusiyanı təhdid etməyən müdafiə ittifaqıdır. Biz Rusiyanın təhlükəsizlik problemlərini müzakirə etmək, silahlara nəzarət mövzusunu nəzərdən keçirmək üçün danışıqlar masası arxasına əyləşməyə hazır olduğumuz barədə illər və aylardır danışırıq. Əgər onlar raketlərdən və hücum silahlarından narahatdırlarsa, o zaman bunu həll etməyin ən yaxşı yolu raketlərin sayını necə azalda biləcəklərini müzakirə etmək üçün danışıqlar masasına oturmaqdır. Biz bunu əvvəllər də etmişik, Rusiya ilə razılaşmalar əldə etmək olar”, - Stoltenberq qeyd edib.


скачать dle 12.1
Geri qayıt