Polşanın Ukrayna ilə bağlı qorxusu nədir?

Polşada administrasiya nümayəndələri Ukraynadan qaçqınların qəbulu imkanlarını nəzərdən keçirir.
Bunu Polşanın daxili işlər və administrasiya naziri Mariuş Kaminski deyib.
"Aydındır ki, Ukraynadakı vəziyyətlə bağlı biz bütün mümkün ssenarilərə hazırlaşmalıyıq. Bunlardan biri də Ukraynadan qaçqın axını ehtimalıdır”, - nazir Tvitter hesabında yazıb.