ABŞ və AB Rusiya əleyhinə bu plandan imtina etdi

ABŞ və AB Ukrayna ilə mümkün müharibə vəziyyətində Rusiyanı SWİFT beynəlxalq bank sistemindən tamamilə çıxarmaq planından imtina edib.
GunAz.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.
"Danışıqlarla tanış olan üç mənbə bildirib ki, Rusiyanın SWİFT sistemindən istifadəsinə tam qadağa qoyulması məsələsi Avropa ölkələrinin ciddi etirazları səbəbindən nəzərə alınmayıb", - deyə məlumatda bildirilir.
Agentlik qeyd edib ki, Vaşinqton və müttəfiqləri sanksiyalar paketi üzərində işləyərkən antirusiya tədbirlərinin Avropa ölkələrinə ciddi ziyan vuracağını anlayıb.