UNESKO-nun Bakıya tez gəlməsinin tərəfdarıyıq - Rusiya XİN

Rusiya UNESKO-nun Azərbaycana və Ermənistana mümkün qədər tez missiyasının təşkilinin tərəfdarıdır.
GunAz.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
"Bakı və İrəvanla müntəzəm təmaslarımız zamanı mədəni-tarixi irsin qorunması mövzusu müzakirə olunur. Biz UNESKO-nun regiona missiyasının ən qısa zamanda təşkil edilməsinin tərəfdarıyıq. Biz ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə də işləyirik”, – M.Zaxarova qeyd edib.