Stoltenberqdən Kremlə dəvət: Hər zamankından daha vacibdir

Kreml Rusiya-NATO Şurası formatında görüşə dəvət olunub.
GunAz.az xəbər verir ki, dəvəti NATO-nun Baş katibi Yens Stoltenberq edib.
"Hazırda Rusiya ilə siyasi həll yolu tapmaq hər zamankından daha vacibdir. Odur ki, bu gün mən NATO üzvləri ilə görüşmək üçün Rusiyaya dəvətimi bir daha təsdiq edirəm", - Y.Stoltenberq qeyd edib.