Çin fəlakətlərin qarşısını almaq üçün peyk göndərir

Çin fəlakətlərin qarşısını almaq üçün peyk göndərir
Çin çərşənbə günü geoloji layihələri həyata keçirmək, seysmik aktivliyə nəzarət etmək və təbii fəlakətlərin nəticələrinin qarşısını almaq üçün "L-SAR 01A" ("Tanze-1 01A”) peykini orbitə çıxarıb. 

Bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.

Qurumun "WeChat" sosial şəbəkəsindəki səhifəsində qeyd edilib ki, buraxılış yerli vaxtla saat 07:44-də Şimaldakı Jiuquan kosmodromundan "CZ-4C" (Changzheng-4-ce) raketindən istifadə edilməklə həyata keçirilib.Açıqlamaya görə, peyk meşə təsərrüfatında da istifadə olunacaq. O gözlənilən kataklizmlərin erkən xəbərdar edilməsi üzrə işlərin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Həmçinin mmilli resursların və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinə kömək edəcək

скачать dle 12.1
Geri qayıt