Türk Hava Yolları 49 reysi təxirə saldı
Türkiyə Hava Yolları İstanbulun Səbiha Gökçən limanından sabaha planlaşdırılan 49 reysi təxirə salıb.
GunAz.az xəbər verir ki, bu barədə THY-nin media müşaviri Yəhya Üstün məlumat verib.
O qeyd edib ki, tədbir məqsədi ilə uçuşlar təxirə salınıb.
THY 8 beynəlxalq, 41 daxili reysi təxirə saldığını bəyan edib.
