BƏƏ-yə hücumu İran təşkil edib?- ŞOK İDDİA
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərinə husilər tərəfindən təşkil edilən hücumda İranın əli yoxdur.
Bu barədə adı açıqlanmayan amerikalı diplomat "Vol Strit Jurnal”a açıqlamasında deyib.
"İran bu insidentə görə məsuliyyət daşımır. Husilər təkbaşına hərəkət edir. İranla bağlı şübhəyə yer yoxdur”, - deyə bildirilib.
Qeyd edək ki, ötən gün husilər Əbu-Dabiyə PUA-larla hücum edib və 3 tankeri partladıb.
