Bolqarıstanda nümayişçilər parlament binasına girmək istədilər
Bolqarıstanın paytaxtı Sofiyada COVİD-19 məhdudiyyətlərinə etiraz edən nümayişçilərlə polislər arasında qarşıdurma yaşanıb.
GunAz.az "Blumberq”ə istinadən xəbər verir ki, pandemiya ilə bağlı yeni qaydalara qarşı çıxan iştirakçılar parlament binasına daxil olmağa cəhd edib.
Qarşıdurma zamanı 4 polis əməkdaşı xəsarət alıb.
Bir nümayişçi isə qaz tapançasını üzərində gəzdirməsi səbəbindən saxlanılıb.
