Almatıda son durum açıqlandı

Almatıda son durum açıqlandı

5-6 yanvar hadisələrindən sonra ölkədə vəziyyət tədricən müsbətə doğru dəyişir. Respublikada iqtisadi fəaliyyətin normallaşması müşahidə olunur.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

 

"Sərnişin qatarlarının hərəkəti tam bərpa edilib. Bəzi milli ödəniş sistemlərinin işi stabilləşib. Talançıların əməllərindən zərər çəkən kiçik və orta sahibkarlığa dövlət dəstəyi tədbirləri açıqlanıb. Mangistau vilayətində ictimai nəqliyyatın, eləcə də Aktau beynəlxalq hava limanının fəaliyyəti bərpa edilib", - XİN-in məlumatında qeyd olunub.

Məlumatda terrorçuların əksəriyyətinin məhv edildiyi və ya saxlanıldığı bildirilib.

скачать dle 12.1
Geri qayıt