Almatıda yenidən atışma başlayıb

Almatıda yenidən atışma başlayıb

Bir neçə gündür iğtişaşların səngimədiyi Almatıda yenidən atışma başlayıb.

Bu barədə TASS-ın hadisə yerində olan müxbiri məlumat verib.

Onun sözlərinə görə, Almatıda hərbçilər iğtişaş iştirakçılarından səsucaldanlar vasitəsilə Respublika meydanını tərk etməyi tələb edib və onlara atəş açacaqları barədə xəbərdarlıq ediblər. 

Xəbərdarlıqlara məhəl qoyulmadıqdan sonra hərbçilər iğtişaşçıları və onların avtomobillərini atəşə tutublar.

Hadisə şahidlərinin sözlərinə görə, Respublika meydanı tərəfdən güclü partlayış səsləri eşidilir.

Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur

скачать dle 12.1
Geri qayıt