Erməni əsgər başından güllələndi
Ermənistanın Dərələyəz bölgəsində başından güllə yarası alan erməni hərbçinin meyiti tapılıb.
Meyiti tapılan əsgər 2003-cü il təvəllüdlü Movses Aramayis Tadqosyandır. Faktı Ermənistanın Müdafiə Nazirliyi də təsdiqləyib.
18 yaşlı Tadqosyanı öldürməkdə ittiham olunan hərbçi yoldaşı saxlanılıb. Hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmır.
Faktla bağlı araşdırma aparılır.
