Covid-19 un yeni ştammı tapıldı
Fransanın cənubunda koronavirusun yeni ştammı aşkar edilib.
Bu barədə Avstriyanın "Heute” qəzeti məlumat yayıb.
Naməlum ştammın Kamerundan Fransaya qayıdan səyahətçilərdə aşkar edildiyi bildirilir.
Mütəxəssislər virusun bu variantının törədicisinin Kamerunda geniş yayıldığını istisna etmirlər. Aparılan testlər nəticəsində yoluxmuş insanlarda atipik mutasiya birləşməsi aşkar edilib.
Yeni versiya B.1.640.2 adını alıb və fransız alimlərinin araşdırmasında yeni variantda 46 mutasiyanın müəyyən edildiyi qeyd olunub. Bu ştammın yoluxma səviyyəsi məlum deyil.
