Talibanla Türkmənistan sərhədçiləri arasında atışma
Taliban üzvləri ilə Türkmənistan sərhədçiləri arasında atışma baş verib.
GunAz.az xəbər verir ki, bu barədə Əfqanıstanın "Haşt-e-Subh" qəzeti məlumat yayıb.
"Üç gün öncə Türkmənistanın sərhəd xidmətinin əməkdaşları bir mülki şəxsi öldürüb, digərini isə döyüb. Taliban silahlıları insidentin araşdırılması zamanı onların hərəkətlərinə cavab olaraq atəş açıblar”, - yayılan məlumatda qeyd olunub.
