ABŞ-da atışma - 3 nəfər öldü, 4 nəfər yaralandı

ABŞ-da atışma - 3 nəfər öldü, 4 nəfər yaralandı

ABŞ-ın Missisipi ştatının Qalfport şəhərində Yeni il şənliyi zamanı baş verən atışma nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

GunAz.az xəbər verir ki, bu barədə yerli WLOX telekanalı polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şənlik zamanı baş verən mübahisə atışma ilə nəticələnib.

Telekanal bildirib ki, xəsarət alan bir nəfərin vəziyyəti ağırdır. Atışma zamanı yaralanan digər üç nəfərin – iki kişi və bir qadının həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı araşdırmalar davam edir. /report


скачать dle 12.1
Geri qayıt