Əfqanıstan əhalisinin 9 faizi narkomandır
Hazırda Əfqanıstanda narkomanların sayı 3,5 milyon nəfər təşkil edir. Bu da ölkə əhalisinin təxminən 9%-ni təşkil edir.
GunAz.az xəbər verir ki, bunu Əfqanıstan müvəqqəti hökumətinin səhiyyə nazirinin müavini Əbdül Bari Ömər deyib.
"Ölkədə 3,5 milyon insan narkomandır. Onların hər biri gündə təxminən 3 dollar dəyərində narkotikdən istifadə edir", - nazir müavini bildirib.
Qeyd edək ki, BMT-nin məlumatına görə, 2020-ci ildə Əfqanıstanda tiryəkin qeyri-qanuni becərilməsi üçün istifadə olunan torpaq sahəsi əvvəlki illə müqayisədə 37% artıb.
