NATO-nun bu addımı Avropaya mənfi təsir edib - Rusiya
NATO-nun hərbi infrastrukturunun şərqə doğru genişlənməsi bütün Avropa qitəsinin təhlükəsizlik arxitekturasına mənfi təsir göstərib.
GunAz.az xəbər verir ki, bu sözləri Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin deyib.
"Aydındır ki, NATO-nun güclənməsi Avropanın təhlükəsizliyi üçün iz buraxmadan ötüşməyib", - Fomin bildirib.
O, 1991-ci ildə Yuqoslaviyanın bombalanması və bundan sonrakı proseslərin Qərbin əsl niyyətlərindən xəbər verdiyini söyləyib.
