Putin Vuçiçlə danışdı və razılaşdı

Putin Vuçiçlə danışdı və razılaşdı

Rusiya Prezidenti Vladimir Putinlə Serbiya Prezidenti Aleksandr Vuçiç arasında telefon danışığı olub.

GunAz.az xəbər verir ki, bu barədə Krem məlumat yayıb.

"Bu il noyabrın 25-də Soçidə keçirilən görüşün davamı olaraq, mövcud vəziyyət və müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri, o cümlədən enerji sektorunda birgə layihələrin həyata keçirilməsi müzakirələri davam etdirilib", - deyə məlumatda bildirilir.

 

Telefon danışığı zamanı bu istiqamətdə iki ölkənin müvafiq qurumları çərçivəsində Serbiya əhalisinin və iqtisadiyyatının dayanıqlı istilik və enerji təchizatını təmin etməyə imkan verən sistemli araşdırmaların yaradıldığı vurğulanıb.

Həmçinin liderlər müxtəlif səviyyələrdə təmasların və koordinasiyanın davam etdirilməsi barədə də razılığa gəliblər.


скачать dle 12.1
Geri qayıt