Məzənnə ilə bağlı öz oyunumuzu oynayacağıq - Ərdoğan
Faizləri yüksəltməkdən başqa çarəsi olmayanların dünyanı yaxşı "oxuya" bilməyəcəyi açıq-aşkardır.
GunAz.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Türkiyədə iqtisadiyyatı başa düşməyənlərin ağzına baxacaq durumda olmadıqlarını söyləyən Ərdoğan oyunu öz qaydalarına uyğun oynayacaqlarını bildirib:
"Ölkəmizi hələ də köhnə dünyanın naxışları ilə qiymətləndirənlər ilk növbədə özlərini yeniləməlidirlər. Dünyaya və ehtiyaclarımıza baxaraq yolumuza davam edəcəyik. Məzənnə ilə belə davranacağıq. Türkiyənin haradan hara gəldiyini çox yaxşı bilirsiniz".
