Ərdoğan Qətər Əmiri ilə telefonla danışdı

Ərdoğan Qətər Əmiri ilə telefonla danışdı

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Qətər dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl Sani ilə telefonla danışıb.

GunAz.az-ın məlumatına görə, R.T.Ərdoğan telefon söhbətində Qətərin Milli Müstəqillik Günü münasibətilə Şeyx Təmim bin Həməd əl Sanini və Qətər xalqını təbrik edib.

 

Hər iki lider Türkiyə-Qətər əlaqələrinin inkişafı və regional məsələlərlə bağlı fikir mübadiləsi də aparıblar.

Qeyd edək ki, 1971-ci ildə ingilis müstəmləkəsindən azad edilən Qətər o tarixdən indiyədək hər il Milli Müstəqillik Gününü qeyd edir./APA


скачать dle 12.1
Geri qayıt