Moskvadan Londona cavab: 7 nəfər qara siyahıda
Rusiya Böyük Britaniyanın 7 vətəndaşına sanksiya tətbiq edib.
GunAz.az xəbər verir ki, bu barədə Rusiya XİN rəsmisi Mariya Zaxarova məlumat verib.
"Londonun qeyri-dost hərəkətlərinə cavab olaraq və qarşılıqlıq prinsipi əsasında antirusiya fəaliyyətində yaxından iştirak edən Britaniya nümayəndələrinin proporsional nümayəndələrinə qarşı şəxsi sanksiyaların tətbiqi qərara alınıb”, - diplomat bildirib.
Qeyd edək ki, cari ilin avqustunda Böyük Britaniya Rusiyanın 7 vətəndaşına sanksiya tətbiq etmişdi.