Ermənistanı Rusiya ilə bağlayan yeganə yol bağlandı

Ermənistanı Rusiya ilə bağlayan yeganə yol bağlandı

Yuxarı Lars keçid məntəqəsinə (Gürcüstan-Rusiya sərhədi) gedən yol ağır tonnajlı yük maşınları üçün bağlanıb.

Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars yolunun Qudauri-Kobi hissəsində güclü qar və buz səbəbindən yük maşınlarının keçidi qadağan edilib.

Digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

Qeyd edək ki, Hərbi Gürcüstan yolu Rusiyanı Ermənistanla bağlayan yeganə yoldur.

скачать dle 12.1
Geri qayıt