Moskvada təyyarəyə bomba yerləşdirilib?
Moskvanın Şeremetyevo aeroportunda təyyarəyə bomba yerləşdirilməsi ilə bağlı anonim məlumat daxil olub.
Bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Bildirilib ki, Airbus A320 təyyarəsi yerli vaxtla saat 22:45-də reys icra etməli imiş.
Aeroprotda təhlükəsizlik tədbirləri gücləndirilib, təxliyə həyata keçirilməyib. Hazırda aeroport ştat rejimində fəaliyyətini davam etdirir.
