AB və ABŞ Belarusa sanksiya tətbiq etdi

Avropa Birliyi Belarusa sanksiyalar tətbiq edib.
GunAz.az xəbər verir ki, "Belavia”, "Tsentrkurort” də daxil olmaqla 11 şirkət, o cümlədən Dövlət Sərhəd Komitəsinin rəhbəri də daxil olmaqla, 17 fiziki şəxs sanskiya siyahısına daxil edilib.
***
ABŞ da öz növbəsində Belarusda fiziki və hüquqi şəxslərə sanksiya tətbiq edib. 20 fiziki və 12 hüquqi şəxs sanksiya siyahısına əlavə edilib.
Siyahıda Lukaşenkonun oğlu Dmitri Lukaşenkonun da adı yer alıb. Bundan əlavə, məhdudiyyətlər Belarus kalium kompaniyası, 3 hava gəmisi və Belarus dövlət borcunun yeni buraxılışlarını əhatə edib.