Rusiyada vəziyyət pisləşir- 8 min insan...
Rusiyanın Pskov vilayətində yağan güclü qar elektrik enerjisinin verilişində problemlər yaradıb.
Bu barədə regionun administrasiyası məlumat yayıb.
Hazırda vilayətdə 8 mindən çox sakinin işıqsız qaldığı deyilir.
Ən çətin vəziyyət Novorjev, Pustoşkin, Novosokolni, Bejaniçk, Loknyansk rayonlarında yaşanır.
Yaranan problemin aradan qaldırılması üçün 96 briqada, 370 mütəxəssis və 100 texnika səfərbər olunub.
