İranda DƏHŞƏT- Polis etirazçılara atəş açdı

İranda DƏHŞƏT- Polis etirazçılara atəş açdı

İran polisi İsfahanda etiraz edən fermerlərə atəş açıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, ötən gecə İranın xüsusi polis qüvvələri İsfahanda fermerlərə hücum edərək etirazçıların toplaşdığı yerlərdə çadırları yandırıblar.

İnternetdə yayımlanan kadrlarda atışma səsləri eşidilir. Etirazçıların sözlərinə görə, polis insanlara atəş açıb.

Qeyd edək ki, İranın İsfahan şəhərində Zəyəndərud çayının quruması ilə bağlı etiraz aksiyaları keçirilir.

скачать dle 12.1
Geri qayıt