Vulkanoda təhlükə: sakinlərin təxliyəsi başladı

Vulkanoda təhlükə: sakinlərin təxliyəsi başladı

İtaliyanın Vulkano adasında vulkanik fəaliyyətlər nəticəsində təhlükəli qazların artması səbəbindən sakinlərin təxliyəsinə başlanılıb.

GunAz.az xəbər verir ki, oksigen səviyyəsinin sürətlə aşağı düşdüyü adada insanlar və ev heyvanlarında ciddi tənəffüs xəstəlikləri qeydə alınıb.

Aeolian arxipelaqındakı 7 adanın hamısının daxil olduğu Lipari bölgəsinin meri Marko Giorgianni qırmızı zona elan edilən ərazilərin boşaldılması barədə fərman imzalayıb. Qərara əsasən, adanın 300-dək sakini yerli vaxtla saat 23:00-dan 6:00-dək evlərində qala bilməyəcək.

Xatırladaq ki, adadakı vulkan sonuncu dəfə 1890-cı il martın 22-də püskürüb.


скачать dle 12.1
Geri qayıt