Sərhəddə daha bir erməni əsgəri öldü

Sərhəddə daha bir erməni əsgəri öldü

Ermənistan ordusunun Azərbaycanla sərhəddə xidmət edən daha bir əsgəri ölüb.

GunAz.az xəbər verir ki, Ermənistanın şimal-şərq sərhəddində, Çəmbərək yaxınlığındakı hərbi hissədə qulluq edən əsgər güllə yarasından dünyasını dəyişib.

 

Məlumatda deyilir ki, müddətdən artıq müqavilə ilə işləyə əsgərin ölümü ilə bağlı iki ehtimal səsləndirilir. Birincisi, silahla ehtiyatsız davranma. İkincisi isə intihar versiyasıdır.

Qeyd edək ki, Ermənistan 16 noyabrda Azərbaycana qarşı təxribata əl atanda döyüşlər baş vermişdi. Həmin vaxtı erməni tərəfi itkilərinin sayını açıqlaqmamışdı. Hazırda da həmin rəqəmi gizlədirlər. Güman edilir ki, sərhəddə ölən əsgərlərini "intihar” və ya "silahdan ehtiyatsız davranış” adıyla sənədləşdirməyə çalışırlar. Buna səbəb itki sayını azaltmaq və cəmiyyətdə narazılığı artırmamaqdır.


скачать dle 12.1
Geri qayıt