Avropanın 4 ölkəsində koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyaları keçirildi

Avropanın 4 ölkəsində koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyaları keçirildi

Bu gün Avropanın bir sıra ölkələrində Koronavirusa qarşı mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərə etiraz olaraq aksiyalar keçirilib.

GunAz.az xəbər verir ki, Böyük Britaniya, Xorvatiya, Litva və Avstriyanın mərkəzi şəhərlərində minlərlə insan küçələrə çıxaraq əsasən məcburi peyvəndləməyə, "COVİD pasport”lara qarşı etirazlarını nümayiş etdiriblər.

 

Etirazçılar "Mənim bədənim, sağlamlığım, mənim qərarım”, "Hamı üçün azadlıq, peyvənd etməyə məcburiyyət yoxdur”, "Millət artıq hakimiyyət üçün mövcud deyil, öldü” və s. şüarlar səsləndiriblər.

Nümayişlərin sakit keçdiyi bildirilir, polisin müdaxiləsi olmayıb.


скачать dle 12.1
Geri qayıt