İrəvanın Moskvaya çağırışına Zaxarovanın cavabı

İrəvanın Moskvaya çağırışına Zaxarovanın cavabı

KTMT Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir.

GunAz.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iki ölkə arasında 1997-ci ildə imzalanmış ikitərəfli sazişi və KTMT mexanizmlərini şərh edərkən deyib.

"Rusiya həm ikitərəfli, həm də çoxtərəfli öhdəliklərinə ciddi yanaşır. İkitərəfli xətt üzrə müvafiq məsləhətləşmələr aparılır. KTMT-yə gəlincə, bizdə olan məlumata görə, onlar Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti diqqətlə izləyirlər", - Zaxarova bildirib.

Qeyd edək ki, İrəvan Moskvanı 1997-ci ildə imzalanmış ikitərəfli müqaviləyə uyğun olaraq Ermənistanın suveren ərazisini müdafiə etməyə çağırıb. Rusiya isə hər iki tərəfi sərhəd məsələsində qarşılıqlı danışıqlara dəvət edib.


скачать dle 12.1
Geri qayıt