Çavuşoğlu Moldovaya gedir: Yeni fəaliyyət planı...

Çavuşoğlu Moldovaya gedir: Yeni fəaliyyət planı...

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 18-də Kişinyevə səfər edəcək.

GunAz.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri səfər çərçivəsində həmkarı Niku Popesku ilə yanaşı, Moldova Prezidenti Maya Sandu, Baş nazir Nataliya Qavrilitsa və parlamentin spikeri İqor Qrosu ilə görüşəcək.

Həmçinin Türkiyə rəsmisinin səfəri münasibətilə iki dövlətin Xarici İşlər nazirlikləri arasında 2022-2023-cü illər üçün məsləhətləşmələr planı imzalanacaq.

Müzakirələr zamanı Moldova-Türkiyə strateji tərəfdaşlığının xüsusilə ticarət, iqtisadiyyat və investisiyalar baxımından möhkəmləndirilməsi yolları nəzərdən keçiriləcək.


скачать dle 12.1
Geri qayıt