Çavuşoğlu indi də Beyrutda: Sabitliyimiz üçün...
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Livana səfər edib.
GunAz.az xəbər verir ki, bu barədə nazir Tvitter hesabında paylaşım edib.
"Yeni hökumətlə rəsmi təmaslar üçün Livandayıq. İqtisadi sabitliyimiz üçün əməkdaşlığımız davam edəcək", - M.Çavuşoğlu paylaşımda vurğulayıb.
Qeyd edək ki, M.Çavuşoğlu İrandan birbaşa Livana səfər edib.
