Türkiyə 4 terrorçunu zərərsizləşdirdi
Türkiyə Silahlı Qüvvələri ilə Milli Kəşfiyyat Təşkilatı İraqın şimalında birgə hərbi əməliyyat keçirib.
GunAz.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Metina bölgəsində koordinasiyalı çalışma nəticəsində 4 PKK terrorçusunun zərərsizləşdirildiyi bildirilib.
Əməliyyat zamanı aviasiya vasitələrindən istifadə edildiyi qeyd olunur.
