PUA-larımızla yenidən Qarabağda varıq- Ərdoğan

Türkiyə özünün pilotsuz uçuş aparatları (PUA) ilə hər yerdə mövcudluğunu qoruyur.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyə öz gücünü və etibarını diplomatiyadan hərb sahəsinə qədər geniş sahədə dosta və düşmənə qəbul etdirdi:
"PUA-larımızla hər yerdə varıq. Liviyada varıq, Azərbaycanda varıq, Qarabağda varıq. Suriyada terrorla mübarizə aparırıq".