Bayden və Makron sabah Romada görüşəcək

Bayden və Makron sabah Romada görüşəcək

ABŞ Prezidenti Co Bayden və fransalı həmkarı Emmanuel Makronun görüşü İtaliyanın paytaxtı Romada baş tutacaq.

GunAz.az xəbər verir ki, liderlər 29 oktyabrda Fransa səfirliyində bir araya gələcəklər.

Bildirilib ki, bu, ABŞ-Fransa gərginliyindən sonra Bayden və Makron arasında keçiriləcək ilk şəxsi görüşdür.

Xatırladaq ki, ABŞ və Böyük Britaniyanın Avstraliya ilə 56 milyard dollarlıq sazişi ələ keçirməsindən sonra Paris-Vaşinqton münasibətlərində müəyyən gərginlik yaranmışdı.


скачать dle 12.1
Geri qayıt