Çində güclü partlayış- Ölən və yaralanan var
Çinin Liaonin vilayətində hotel restoranın qaz sızmasından baş verən partlayışda ən azı bir nəfər ölüb, 33 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.
Hadisə yerli vaxtla səhər saat 8:20-də Şenyan şəhərində baş verib. Partlayışın gücündən restoranın yerləşdiyi bina ilə yanaşı, ətrafdakı tikililərə və avtomobillərə xeyli ziyan dəyib.
Hazırda ərazidə axtarış işləri aparılır. Ölü sayının artma ehtimalı var.
