Ramzan Kadırov 22 yaşlı qızını nazir təyin etdi
Çeçenistan Prezidenti Ramzan Kadırov 22 yaşlı qızı Ayşatı qızını mədəniyyət naziri təyin edib.
Bu barədə ilkin olaraq Çeçenistan parlamentinin sədri Maqomed Daudov məlumat verib.
Qeyd edək ki, Ayşat Kadırova 2020-ci ilin sentyabrında Çeçenistan mədəniyyət nazirinin birinci müavini təyin edilib.