Türkiyədə zəlzələ oldu
Türkiyədə yeraltı təkanlar qeyd alınıb.
Bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Nazirliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, yerli vaxtla 01:16 radələrində Kadirli rayonunun Şabağlı kəndində 3.1 bal gücündə zəlzələ olub.
Yerin 7 kilometr dərinliyində qeydə alınan təkanlar osmaniyə Osmaniya şəhər mərkəzi ilə ətraf rayonlarda da hiss olunub.
Qısamüddətli çaxnaşmaya səbəb olan zəlzələ nəticəsində həyat və əmlak itkisi olmayıb.
