Türkiyə ilə Rusiya razılığa gəldi?

Türkiyə ilə Rusiya razılığa gəldi?

Rusiya və Türkiyə prezidentlərinin görüşündə daha çox dünya siyasətində baş verən hadisələr müzakirə olunub. Xüsusilə, Suriyanın şəhəri olan İdlib barəsində müəyyən razılığa gəlinib. Qarabağ məsələsində isə müzakirələr aparılıb”.

Bunu politoloq Fikrət Sadıqov deyib.

Politoloq qeyd edib ki, iki ölkə Qarabağ məsələsində davamlı olaraq əməkdaşlıq edəcəklər: "Bunun səbəbi isə hər iki dövlətin orada mövcud olmasıdır. Ağdamda yerləşən monitorinq mərkəzində hər iki ölkənin təmsilçiləri atəşkəsə nəzarət edir. Türkiyə prezidenti həm Azərbaycanın, həm də öz ölkəsinin adından Rusiya tərəfinə iradlarını bildirib. Qarabağa olunan qanunsuz səfərlərlər və ora aparılan yüklərlə bağlı mövqeyini qarşı tərəfə çatdırıb. Əslində bu görüşdən hər iki tərəf razılıqla ayrılıb və bundan sonra da əməkdaşlıq belə bir formatda davam edəcək”.

F.Sadıqov vurğulayıb ki, keçirilən görüşdə Azərbaycan və Ermənistan arasında imzalanmalı olan sülh müqaviləsi haqqında müzakirələr aparılıb: "Sərhədlərin demarkasiya və delimitasiya olunmasının daha sürətlə aparılması barəsində danışıqlar olub. Bu müzakirələr əslində müəyyən qədər qeyri-rəsmi görüş idi, çünki nə sənəd imzalandı, nə də geniş bir açıqlama verildi. Ola bilsin ki, hər iki dövlət arasında fikir ayrılığı olsun. Bunun səbəbi isə odur ki, Türkiyə ilə Rusiya əmədaşlıq etsələr də onlar müttəfiq dövlətlər deyil. Hər bir ölkənin öz maraqları olduğu kimi bu iki dövlətin də müəyyən istəklərı var. Türkiyənin Qafqazda olmağı bu regionda balans yaradır və Qarabağ məsələsində Azərbaycanın yanında olması da Rusiya tərəfinə bir ismarışdır”.

скачать dle 12.1
Geri qayıt