İran səfirindən qonşularına İsrail “tövsiyəsi”
İsrail onunla əməkdaşlıq edən ölkələrə ziyan vurur.
GunAz.az xəbər verir ki, belə bir iddia ilə İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri çıxış edib.
Zühuri iddia edib ki, İsrail əməkdaşlıq etmək istədiyi hər bir ölkəyə ziyandır:
"Bundan başqa, İsrail provokasiyaya gedir – İrana qarşı bu cür fəaliyyəti sübut olunub”.
Səfir qeyd edib ki, İran bütün ölkələrə, xüsusilə öz qonşularına İsraillə münasibətlərdə bunları nəzərə almağı tövsiyə edir.
