Ərdoğanla Putin bu məsələləri nəzərdən keçirəcək - Lavrov

Ərdoğanla Putin bu məsələləri nəzərdən keçirəcək - Lavrov

Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Ərdoğan Soçidə baş tutacaq görüşdə Suriyadakı terrorçularla bağlı və müxaliflərin sərhədinin müəyyən edilməsi məsələsini müzakirə edəcək.

GunAz.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov danışıb.

"İki il əvvəl İdlibin eskalasiya zonasındakı vəziyyətlə əlaqədar xüsusi müqavilə bağladığımız türk ortaqlarımızla danışırıq. Bir neçə gündən sonra Rusiya və Türkiyə prezidentlərinin növbəti görüşü baş tutacaq, burada bu öhdəliyin necə yerinə yetirilməsi məsələsi əsaslı şəkildə nəzərdən keçiriləcək. Bu öhdəliklər yavaş -yavaş yerinə yetirilir ", - Lavrov vurğulayıb.


скачать dle 12.1
Geri qayıt