Ermənilərdən gülünc açıqlama- Bayraktar dronunu ermənilər hazırlayıb?
Ermənilərin "Ududaka” telegram kanalında gülünc xəbər paylaşılıb.
Kanalda yayımlanan videoda Türkiyə Prezidenti Ərdoğanın kürəkəni Səlcuq Bayraktar tərəfindən yaradılan və bütün dünya tərəfindən təsdiqlənən "Bayraktar” dronlarının guya erməni fiziklər tərəfindən ixtira edildiyi vurğulanıb.
Yayımlanan videoda deyilir: "Mən təəssüf edirəm ki, bizim ölkəmiz öz əsgərlərinin və elm adamlarının xarici ölkələrə getməsinə imkan yaradırlar. Amma onlar bunun qarşısını ala bilərdilər. Bu lənətə gəlmiş "Bayraktarı” bizim ermənilər yaradıblar. Bizim fiziklərimizi, elm adamlarrımızı gərək ölkədən buraxmayaydılar” – deyə erməni qadın vurğulayıb.konkret.az
