Türkiyədə turist avtobusu aşdı- Ölən və yaralanan var

Türkiyədə turist avtobusu aşdı- Ölən və yaralanan var

Türkiyənin Muğla vilayətində ukraynalı turistlərin olduğu avtobus qəzaya uğrayıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, sərnişin avtobusu şagirdləri daşıyan mikroavtobusla toqquşaraq aşıb. Avtobusun sürücü yerindəcə ölüb. Onun infarkt keçirdiyi bildirilir.

Qəza nəticəsində 49 nəfər yaralanıb. Yaralılardan 41-i turist, 7-si məktəbli, 1-i isə mikroavtobusun sürücüsüdür.

Yaralılar xəstəxanalara yerləşdirilib.

скачать dle 12.1
Geri qayıt