Türkiyə təyyarəsi Naxçıvana Ermənistan üzərindən uçdu

TK326 reysi üzrə Gəncədən Naxçıvana uçan Türkiyə Hava Yollarına məxsus "Boinq 737” təyyarəsi Ermənistan hava məkanından istifadə edib.
GunAz.az xəbər verir ki, bu barədə "Vestnik Kafkaza” məlumat yayıb.
Bildirilib ki, uçuş 4 sentyabrda baş tutsa da, bu barədə informasiya bu gün yayılıb.
Saat 9:57-də Gəncədən havaya qalxan təyyarə saat 10:32-də Naxçıvana eniş edib.
"Flaytradar” monitorinq portalının məlumatında deyilir ki, təyyarə Göyçə gölü və Göyçə vilayəti üzərindən uçuş icra edib.
AZAL-ın açıqlamasında isə deyilir ki, uçuş Beynəlxalq Mülki Aviasiya Təşkilatının hava nəqliyyatı ilə bağlı qaydaları çərçivəsində baş tutub.