Qənidən ŞOK AÇIQLAMA- Buna görə tərk etdim
Ölkəni 1990-cı illərdə küçələrdə baş verən toqquşmaların təkrarlanmasından qorxduğum üçün tərk etdim.
Bu sözləri Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəni deyib.
"Ölkəni tərk etmək həyatımın ən çətin qərarı oldu və bu addımı Kabili və 6 milyon vətəndaşımızı qorumaq üçün atdım", - Qəni söyləyib.
O, ölkəni xalqa məxsus milyonları talayaraq qaçması ilə bağlı yayılan iddiaları təkzib edib.
