Rus silahını ən çox kim sifariş edir?

Rusiyanın hərbi xarakterli məhsullarının ixrac sifarişinin 50%-i Asiya-Sakit okean region ölkələrinin payına düşür.
Bunu Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.
"Rusiyanın regionda hərbi texniki əməkdaşlıq sahəsində əsas tərəfdaşları Çin, Hindistan, Myanma, İndoneziya, Banqladeş və Malaziya sayılır. Regiona ölkələrinin payına Rusiyanın hərbi xarakterli məhsullarının ixrac sifarişinin 50%-i düşür”, – deyə o bildirib.