ABŞ-da təyyarə binanın üzərinə düşdü

ABŞ-ın Konnektikut ştatının Farminqton şəhərində kiçik bir təyyarə binanın üzərinə düşüb.
Bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumata görə, təyyarə sənaye dəzgahları istehsal edən bir şirkət binasının üstünə düşüb.
Hadisə yerində yanğınsöndürənlər işləyir.