Türkiyədə yenidən meşə yanğını başladı

Türkiyənin Çanaqqala bölgəsinin Bayramiç mahalında meşə yanğını başlayıb.
Naməlum səbəbdən başlayan yanğınların söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.
Yanğının söndürülməsi üçün 1 amfibiya təyyarəsi, 5 helikopter və çoxsayda yanğınsöndürən qüvvə cəlb olunub.