SON DƏQİQƏ: Kabil hava limanı raket atəşinə tutuldu

SON DƏQİQƏ: Kabil hava limanı raket atəşinə tutuldu

Bazar ertəsi səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə Həmid Kərzai Bynəlxalq Hava Limanına bir neçə raket atılıb.

Bu barədə ABŞ-ın adının çəkilməsini istəməyən nümayəndəsi "Reuters"ə məlumat verib.

O bildirilib ki, cəmi 5 raket atılıb, lakin onların hamısının müdafiə sistemi tərəfindən vurulub-vurulmadığı bəlli deyil .

Həmin şəxs ilkin məlumatlara istinad edərək ABŞ-dan itki olmadığını, lakin hər şeyin dəyişə biləcəyini vurğulayıb.

скачать dle 12.1
Geri qayıt