Sünni Taliban Şiə İrana qarşı

Sünni Taliban Şiə İrana qarşı

Radikal ünsürlərin İslam Əmirliyinin çətiri altına toplanması ehtimalı İran üçün ciddi təhlükə yaradır. İstisna deyil ki, ABŞ-ın Talibanı önə çəkməsi bu bölgədə elə məzhəb qarşıdurmasının yaradılmasına hesablanıb.

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı Əfqanıstanda qurulması gözlənilən sünni İslam Əmirliyi ilə şiə İranı arasında mümkün qarşıdurma haqda danışarkən deyib.

"Çoxtərəfli prosesdə Talibanın sərgiləcəyi mövqe aydınlaşdırıcı faktor olacaq. Yəni ABŞ-ın bölgədən "minalarını yerləşdirmədən” ayrılmadığını düşünmə, Talibanın İslam Əmirliyi yaratması və monolit olmadığı, radikal qrupların mövcudluğu faktını kənara qoymaq çətindir. Əfqanıstanın Asiyanın cənub-şərqinə və mərkəzinə qeyri-stabillik gətirəcəyi ehtimalı daha güclü görünür”.

скачать dle 12.1
Geri qayıt